Bank Of Baku

Dünya şöhrətli tanınmış sənədli filmlər rejissoru vəfat edib

ABŞ rejissoru Frederik Vayzman

© APA | ABŞ rejissoru Frederik Vayzman

# 17 fevral 2026 13:04 (UTC +04:00)

Dünya şöhrətli tanınmış ABŞ rejissoru Frederik Vayzman 96 yaşında vəfat edib.

APA “The Guardian”a istinadən xəbər verir ki, rejissorun ölüm xəbəri ailəsi və istehsal şirkəti olan “Zipporah Films”in birgə bəyanatı ilə açıqlanıb.

Əsasən sənədli filmlər rejissoru kimi tanınan Vayzman “Emmi” mükafatının prime-time kateqoriyası üzrə üçqat laureatı olub. 2014-cü ildə Venesiyada keçirilən 71-ci Beynəlxalq Kino Festivalında ömürboyu nailiyyətlərinə görə “Qızıl Şir” mükafatına layiq görülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR