“Ekipaj” filminin aktyoru Anatoli Elizarov Moskvanın cənubundakı mənzilində ölü tapılıb.
APA TASS Agentliyinə istinadən xəbər verir ki, aktyor 80 yaşında vəfat edib. Təcili yardım xidmətinin məlumatına görə, ölümün səbəbi ürək-damar çatışmazlığı olub.
Anatoli Elizarov "Aibolit-66", "Ekipaj", "Sahil" filmlərində rol alıb. Beynəlxalq müsabiqə və festivalların laureatı olub.