Bank Of Baku

Əlibaba Məmmədovun qəbirüstü abidəsinin eskizi geri qaytarılıb, yenisi hazırlanır

Əlibaba Məmmədovun qəbirüstü abidəsinin eskizi geri qaytarılıb, yenisi hazırlanır
# 11 may 2023 16:56 (UTC +04:00)

Ötən il fevralın 25-də vəfat edən görkəmli muğam ustadı, Xalq artisti Əlibaba Məmmədovun qəbirüstü abidəsi hələ də qoyulmayıb.

Məsələ ilə əlaqədar sənətkarın qızı Rəqsanə Məmmədli APA-ya bildirib ki, qəbirüstü abidənin təqdim edilən eskizi ilə razı olmayıblar.

“Biz eskizi bəyənmədik. Onu hazırlayan adam indi ikinci eskiz üzərində işləyir”, - muğam ustadının qızı deyib.

Rəqsanə Məmmədli əvvəlki eskiz layihəsində müəyyən səhvlərin olduğunu diqqətə çatdırıb: “Atamın adını SSRİ Xalq artisti kimi yazmışdılar”.

O, yeni eskiz layihəsi üzərində işin nə zaman yekunlaşacağını bilmədiyini vurğulayıb: “Hazır olsun, təqdim etsinlər, yenə bir əskiklik olmasa, işə başlayacaqlar”.

Qeyd edək ki, Xalq artisti Əlibaba Məmmədov 2022-ci ilin 25 fevralında vəfat edib. O, ölkə mədəniyyətinə xidmətlərinə görə, “Şöhrət”, “İstiqlal” və “Şərəf” ordenlərinə layiq görülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR