Əməkdar artist Rafiq İbrahimovun vəziyyəti ağırlaşıb

Əməkdar artist Rafiq İbrahimovun vəziyyəti ağırlaşıb
# 13 sentyabr 2024 13:01 (UTC +04:00)

“Artıq xəstəxana şəraitində qalması mümkün deyil, evə gətirmişik”.

Bu sözləri APA-ya açıqlamasında Bakı Bələdiyyə Teatrının aktyoru, Əməkdar artist Rafiq İbrahimovun qızı jurnalist, sənətşünas Nisə Rzayeva deyib.

“Həkimlərin də ümidi yoxdur. Atamın vəziyyəti çox ağırdır”, - o qeyd edib.

Nisə Rzayeva atasının səhhəti ilə bağlı Teatr Xadimləri İttifaqının tez-tez maraqlandığını da vurğulayıb: “Bu çətin günlərdə yanımızda olduqlarına görə, Bakı Bələdiyyə Teatrı və İttifaqa minnətdarıq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR