Fəxrəddin Baxşəliyev: Balaca uşağa dəfi verirlər ki, al, səsin var, oxu

Fəxrəddin Baxşəliyev: Balaca uşağa dəfi verirlər ki, al, səsin var, oxu
# 29 oktyabr 2023 15:55 (UTC +04:00)

Bu gün xalq artistlərindən, əməkdar artistlərdən soruşun: neçə ildir, oxuduqları qəzəllərin bircə misrasını təhlil edə bilərlərmi? Yox.

APA xəbər verir ki, bunu Musiqi Forumunda çıxışı zamanı Azərbaycan Milli Konservatoriyasının dosenti ozan Fəxrəddin Baxşəliyev deyib.

"Bu baxımdan, xanəndə oxuduğu mətnə bələd olmalıdır", - dosent əlavə edib.

Dosent qeyd edib ki, aşıq sənəti və muğam təsəvvüf sənətidir: “O fəlsəfəyə sahib olmayan kəs muğam oxumamalıdır. Şərqdə belədir. Bizdə belə deyil axı. Balaca uşağa dəfi verirlər ki, al, səsin var, oxu".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR