Bank Of Baku

Gəncə Dövlət Filarmoniyasında Ramiz Mirişlinin 90 illik yubileyi qeyd olunub

Gəncə Dövlət Filarmoniyasında Ramiz Mirişlinin 90 illik yubileyi qeyd olunub
# 21 oktyabr 2024 14:46 (UTC +04:00)

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında görkəmli bəstəkar, Xalq artisti Ramiz Mirişlinin 90 illiyinə həsr olunmuş konsert keçirilib.

Gəncə Dövlət Filarmoniyasından APA-ya verilən məlumata görə, gecədə filarmoniyanın Xalq Çalğı Alətləri Orkestrinin müşayiəti, Xəyal Qəhrəmanovun bədii rəhbər və dirijorluğu ilə Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərova, solistlər Samirə Hacıyeva, Zaminə Mustafayeva, Samir Məmmədov, Azər Verdiyev, Xəyal Əliyev bəstəkarın "Arazım", "İlk sevgi", "Qızlar bulağı", "Dedi tələsmə", "Küsüb məndən", "Doğma diyarım", "Həyat söylə sən kiminsən", "Bir könül sındırmışam", "Azərbaycan dünyam mənim" mahnılarını səsləndiriblər.

Konsert proqramı tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR