Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında gənc kamança ifaçısı, Prezident təqaüdçüsü, respublika və beynəlxalq müsabiqələr laureatı Mədinə Şahgəldiyeva və gənc pianoçu, respublika və beynəlxalq müsabiqələr laureatı Nərmin Rzayevanın "Ruhun qidası" adlı birgə konserti baş tutacaq.
Bu barədə APA-ya Filarmoniyadan bildirilib.
Qeyd edilib ki, Gəncədə ilk dəfə keçiriləcək konsertdə gənc ifaçılar Üzeyir Hacıbəyli, Sevda İbrahimova, Tural Məmmədli, Bela Bartok, List, Şopen, Bethoven, Bela Kovacs kimi bəstəkarların əsərlərini ifa edəcəklər.
Konsert sentyabrın 23-ü, saat 19:00-da baş tutacaq.
Nadir Yalçın