Bank Of Baku

"Gəncədən Bakıya" layihəsində "Füzuli muğam dünyası" adlı konsert baş tutub - FOTO

"Gəncədən Bakıya" layihəsində "Füzuli muğam dünyası" adlı konsert baş tutub - FOTO
# 29 oktyabr 2024 20:37 (UTC +04:00)

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə "Gəncədən Bakıya" layihəsi çərçivəsində dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin 530 illiyinə həsr olunmuş "Füzuli muğam dünyası" adlı konsert proqramı baş tutub.

APA xəbər verir ki, konsertdə Beynəlxalq Muğam Mərkəzinin solistləri Kamilə Nəbiyeva, Hüseyn Məlikov, Elnur Mikayılov (kamança), Rəşad İbrahimov (tar), Əməkdar artist Kamran Kərimov (nağara), İdris Hüseynov (ud), Gəncə Dövlət Filarmoniyasının solistləri Şirxan Cahangirov, Zəminə Mustafayeva, Azər Verdiyev "Bayatı şiraz", "Mahur", "Rast", "Şahnaz" muğamlarını ifa ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR