Bank Of Baku

Gürcüstanda azərbaycanlı gənclərin teatr tamaşası böyük maraqla qarşılanıb - FOTO

Gürcüstanda azərbaycanlı gənclərin teatr tamaşası böyük maraqla qarşılanıb - FOTO
# 18 sentyabr 2023 11:33 (UTC +04:00)

Gürcüstanın paytaxtı Tbilisidəki Xarova adına Aktyorlar evində azərbaycanlı gənclərin təsis etdiyi ERA teatrının növbəti tamaşasının premyerası baş tutub.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, Anar Rafiqoğlunun “İçimdəki Həbsxana” pyesi əsasında hazırlanmış tamaşanın rollarını aktyorlar Elnur Vəlizadə, Əli İlqaroğlu, Gül Cəfərova, Məryəm Əliyeva və İdris Elnuroğlu ifa edib.

Psixoloji komediya janrında hazırlanmış tamaşanın quruluşçu rejissoru Anar Rafiqoğlu bildirib ki, bu könüllü təşəbbüsün məqsədi Gürcüstandakı azərbaycanlı gənclər arasında teatra olan marağının artırılması, ana dilinin inkişafı və qorunması, teatr sənətinin inkişaf etdirilməsidir. O, tamaşanın yaradıcı-texniki heyətin könüllü əməyi sayəsində ərsəyə gəldiyini, işıqlardan səhnə tərtibatınadək bütün işlərin təmənnasız fəaliyyət göstərən gənclərin yardımı ilə görüldüyünü deyib. Əlavə edib ki, teatr qrupunun məkanı olmadığından məşqlər son günədək aktyorların evlərində, iş yerlərində, eləcə də parklarda baş tutub. O, çətinliklərə rəğmən premyeranın kifayət qədər uğurlu alındığını, tamaşanın bütün biletlərinin satıldığını qeyd edib.

Könüllü teatr qrupunun səhnə performansı tamaşaçıların gurultulu alqışları ilə başa çatıb.

Qeyd edək ki, Gürcüstanda fəaliyyət göstərən azərbaycandilli ERA teatrı azərbaycanlı gənclərin təşəbbüsü ilə 2017-ci ildə təsis edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR