Heydər Əliyev Fondu “Qarabağın mədəni irsi” adlı nəşrlər toplusu hazırlayıb.
APA-nın məlumatına görə, topluya ədəbiyyat, musiqi, memarlıq sahələrini, xalq sənətkarlığını və xalçaçılıq sənətini əks etdirən 5 nəşr daxildir.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın iyunun 15-də Şuşaya səfəri zamanı təşkil olunan “Musiqi irsi və Qarabağ atları Cıdır düzündə” adlı tədbirdə qonaqlara “Qarabağın mədəni irsi” adlı nəşrlər toplusu hədiyyə olunub.