Heydər Əliyevə həsr olunmuş "Günəşə qovuşmaq istəyirəm mən!" adlı konsert keçirilib - FOTO

Heydər Əliyevə həsr olunmuş "Günəşə qovuşmaq istəyirəm mən!" adlı konsert keçirilib - FOTO
# 17 mart 2023 10:57 (UTC +04:00)

Martın 16-da Kürdəmir Regional Mədəniyyət İdarəsinin və Azərbaycan Dövlət Uşaq Filarmoniyasının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Günəşə qovuşmaq istəyirəm mən!" adlı konsert keçirilib.

APA xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın "Elegiya" adlı şeirindən "Günəşə qovuşmaq istəyirəm mən!" misrası ilə adlandırılan konsert proqramı anşlaqla keçib.

"Heydər Əliyev İli"nə həsr olunmuş tədbirdə Azərbaycan Dövlət Uşaq Filarmoniyasının foyesində təşkil olunmuş şagirdlərin rəsm əsərlərindən, əl işlərindən ibarət sərgidə uşaqların vətən və yurd sevgisini özündə əks etdirən yaradıcılıq nümunələri tədbir iştirakçıları tərəfindən bəyənilib, Regional İdarənin tabeliyində fəaliyyət göstərən Füzuli rayonunun Uşaq musiqi, incəsənət məktəblərinin və Kürdəmir rayon Uşaq İncəsənət Məktəbinin şagirdlərindən ibarət ansambl, xor kollektivlərinin çıxışları, şagirdlərin ifasında səslənən bəstəkar və xalq mahnıları, rəqslər, xarici ölkələrin müsiqi nümunələri alqışlarla qarşılanıb.

2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi ilə əlaqədar keçirilən silsilə tədbirlərdən olan "Günəşə qovuşmaq istəyirəm mən!" adlı konsert regionda ilin böyük uşaq tədbirlərindən olmaqla uşaq və yeniyetmələrdə Azərbaycan, Vətən, yurd, Qarabağ mövzularına məhəbbət, ümummilli lider Heydər Əliyev şəxsiyyətinə sevgi aşılamaqla gənc nəslin musiqi və incəsənət sahəsində inkişafının dəstəklənməsinə istiqamətlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR