İsrafil İsrafilov: TÜRKSOY festivalın Azərbaycanda keçirilməsinə çox böyük önəm verib

İsrafil İsrafilov: TÜRKSOY festivalın Azərbaycanda keçirilməsinə çox böyük önəm verib
# 31 oktyabr 2023 18:58 (UTC +04:00)

"TÜRKSOY Mədəniyyət Nazirliyi ilə birgə festivalın ölkəmizdə keçirilməsinə çox böyük önəm verib. Bu baxımdan biz TÜRKSOY-un rəhbərliyinə minnətdarlığımızı bildiririk".

APA-nın Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru İsrafil İsrafilov Şuşada keçirilən TÜRKSOY-a üzv ölkələrin Dövlət Teatrları Rəhbərləri Şurasının 9-cu iclasında jurnalistlərə açıqlamasında deyib.

Bu ilin ölkəmizdə bir sıra əlamətdar ildönümləri yadda qaldığını deyən sənətşünas, toplantı çərçivəsində türkdilli ölkələrdə olan teatr və yaradıcılıq, təşkilati, kadr, repertuar problemini, maliyyə təsərrüfatı məsələlərini müzakirə etdiklərini vurğulayıb.

İsrafil İsrafilov bu müzakirələrin TÜRKSOY-a üzv dövlətlərin bir-birinin ədəbiyyatını, dramaturgiyasını tanımaq, əsər, pyes mübadiləsi, rejissorların, səhnə ustadlarının, ayrı-ayrı müəlliflərin əsərlərini bir-birinin səhnələrində çıxarmaq baxımından faydalı olacağını qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR