Bank Of Baku

London Film Festivalında favorit olan filmlər açıqlanıb

London Film Festivalında favorit olan filmlər açıqlanıb
# 04 sentyabr 2024 16:00 (UTC +04:00)

London Film Festivalının təşkilatçıları mükafat qazanmaq ehtimalı olan film və aktyor-aktrisa heyəti ilə bağlı məlumat yayıb.

APA BBC-ə istinadən xəbər verir ki, onların arasında Daniel Kreyq, Ancelina Coli, Zoi Saldana və Emi Adamsın adları yer alıb.

Z. Saldana bu mükafata “Netflix” istehsalı olan “Emilia Perez” filmində vəkil roluna görə namizəd göstərilib.

D. Kreyq Uilyam Berrouzanın romanı əsasında çəkilən “Kvir” filmindəki baş roluna görə sözügedən mükafatı ala bilər.

Tanınmış Hollivud aktrisası Ancelina Coli məşhur opera müğənnisi Mariya Kallasa həsr olunan eyniadlı filmdəki baş rola görə festivalın favoritləri sırasına düşüb.

Bir sıra ekspertlər filmin aktyorlarından biri olan Ralf Faynzı da bu mükafata namizəd göstəriblər.

Festivalda həmçinin Robert Harrisin romanı əsasında rejissor Edvard Bergerin çəkdiyi “Konklav” filmi də münsiflərə təqdim olunacaq.

Namizədlər arasında ABŞ-nin 45-ci Prezidenti Donald Tramp haqqında çəkilən “Şagird” filmi də var.

Qeyd edək ki, oktyabrın 9-dan 20-dək keçiriləcək festivalda, ümumilikdə, 253 adda (tammetrajlı filmlər, qısametrajlı filmlər, seriallar və immersiv əsərlər daxil olmaqla) ekran əsəri nümayiş olunacaq.

Fərid Azəri

Nadir Yalçın

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR