Bank Of Baku

Luvr muzeyindən oğurluqda şübhəli bilinən daha 4 nəfər saxlanılıb

Luvr muzeyi

© APA | Luvr muzeyi

# 25 noyabr 2025 18:51 (UTC +04:00)

Fransada Luvr muzeyindən oğurluq etməkdə şübhəli bilinən daha 4 nəfər saxlanılıb.

APA xəbər verir ki, bu barədə Paris şəhər prokurorluğu CNN-ə məlumat verib.

Bildirilib ki, saxlanılanlar 38 və 39 yaşlı iki kişi, 31 və 40 yaşlı iki qadındır.

Qeyd edək ki, bundan əvvəl də 4 nəfər şübhəli Luvr muzeyində baş vermiş zinət əşyası oğurluğu ilə bağlı həbs edilib.

Xatırladaq ki, muzeydə soyğun oktyabrın 19-da baş verib və nəticədə qiymətli zinət əşyaları və daş-qaşlar oğurlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR