Bank Of Baku

Mədəniyyət Nazirliyi Məmməd Məmmədovun vəfatı ilə bağlı nekroloq yayıb

Mədəniyyət Nazirliyi Məmməd Məmmədovun vəfatı ilə bağlı nekroloq yayıb
# 29 iyul 2023 14:35 (UTC +04:00)

Mədəniyyət Nazirliyi Xalq artisti Şəfiqə Məmmədovanın qardaşı rejissor, aktyor Rusiyanın Əməkdar incəsənət xadimi Məmməd Məmmədovun vəfatı ilə əlaqədar nekroloq yayıb.

APA xəbər verir ki, nekroloqda deyilir:

“Rusiyanın Əməkdar incəsənət xadimi, rejissor, aktyor Məmməd Məmmədov Moskva şəhərində vəfat edib.

Məmməd Məmmədov "Anın quruluşu", "Bağlı qapı", "Üzeyir ömrü", "Gümüşü furqon", "Asif, Vasif, Ağasif", "Burulğan", "Təxribat" kimi Azərbaycan filmlərinin əksəriyyətində baş rolları ifa edib.

Azərbaycan Mədəniyyət Nazirliyi Xalq artisti Şəfiqə Məmmədova başda olmaqla, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!”

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR