Mehmandarovlar sülaləsindən bəhs edən bədii-sənədli “Millət naminə” filmi ilk dəfə nümayiş olunacaq.
“Azərbaycanfilm” kinostudiyasından APA-ya verilən xəbərə görə, filminin nümayişi 5 iyun saat 19.00-da Nizami Kino Mərkəzində olacaq.
Xatırladaq ki, filmin rejissoru Əməkdar incəsənət xadimi Yavər Rzayev, ssenari müəllifləri isə Y.Rzayevlə birgə tədqiqatçı-alim Vasif Quliyevdir.
7 hissədən ibarət olan filmin əsas qəhrəmanı, nəslin parlaq üzvlərindən biri olan Mustafa bəy Mehmandarovdur. Filmdə kadrarxası səsin qəhrəmana ünvanladığı suallar və cavablar həm də dövrün ictimai-siyasi mənzərəsini ekrana gətirir.