Bank Of Baku

Mikayıl Useynov və Sadıq Dadaşovun abidələri ilə bağlı müsabiqə elan edilib

Mikayıl Useynov və Sadıq Dadaşovun abidələri ilə bağlı müsabiqə elan edilib
# 16 fevral 2023 17:07 (UTC +04:00)

Mədəniyyət Nazirliyi görkəmli Azərbaycan memarları Mikayıl Useynovun və Sadıq Dadaşovun xatirələrinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində ucaldılacaq abidənin eskiz layihələrinin hazırlanması üçün heykəltəraşlar arasında açıq müsabiqə elan edib.

Nazirlikdən APA-ya verilən xəbərə görə, müsabiqə 17 fevral-17 aprel 2023-cü il tarixlərində keçiriləcək.

Eskiz layihələr Mədəniyyət Nazirliyinin “Heykəltəraşlıq abidələrinin, xatirə-memorial və memarlıq komplekslərinin ucaldılması və demontajı üzrə Ekspert komissiyası”nın üzvləri tərəfindən qiymətləndiriləcək.

Layihələrin müzakirəsi qapalı şəraitdə keçiriləcək.

Müsabiqənin qalibi barədə məlumatlar əsas mərhələ başa çatdıqdan 15 gün sonra - 15 may 2023-cü il tarixində Mədəniyyət Nazirliyinin rəsmi culture.gov.az saytında yayımlanacaq. İkinci və üçüncü yeri tutan müəlliflərə müvafiq olaraq 2000 manat və 1000 manat məbləğində pul mükafatı təqdim ediləcək.

Qeyd edək ki, müsabiqə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 8 oktyabr 2022-ci il tarixli 3506 nömrəli “Mikayıl Useynovun və Sadıq Dadaşovun birgə abidəsinin ucaldılması haqqında” Sərəncamının icrasını təmin etmək məqsədilə həyata keçirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR