Milli rəqslərlə bağlı bədii şuranın yaradılması təklif olunub

Milli rəqslərlə bağlı bədii şuranın yaradılması təklif olunub
# 31 oktyabr 2023 15:48 (UTC +04:00)

Milli rəqslərimizi və musiqimizi dərindən bilən görkəmli nümayəndələrdən ibarət bədii şura yaradılmalıdır.

APA xəbər verir ki, bunu xoreoqraf, Azərbaycan Dövlət Rəqs Ansamblının bədii rəhbəri, Xalq artisti Rüfət Xəlilzadə təklif edib. O çıxışı zamanı bildirib ki, səhnədə yenilik adı altında təhriflərlə üzləşirik:

"Yenilik gözəl bir şeydir. Biz də yenilik tərəfdarıyıq. Lakin bu gün, təəssüf ki, səhnəmizdə bizim milli geyimlərimizdə ciddi dəyişikliklər görürük, milli musiqimizə yad ritmlər eşidirik. Bizim əsas qayəmiz milliyimizi qorumaqdır. Lakin aşıqların, muğam ustalarının, rəqs ansambllarının geyimlərində təhriflər olduğunu görürük. Düşünürəm ki, buna nəzarət etmənin həll yolu bədii şuranın yaradılmasıdır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR