Bank Of Baku

Ötən il Azərbaycanda 3 xarici film çəkilib

Sabina Bağırova

© APA | Sabina Bağırova

# 10 mart 2025 10:58 (UTC +04:00)

“2024-cü ildə Azərbaycanda 3 xarici film çəkilib”.

APA xəbər verir ki, bu barədə Heydər Əliyev Mərkəzində təşkil edilmiş “Cinema Talks” ("Kino müzakirələri”) adlı paneldə Azərbaycan Respublikasının Kino Agentliyinin əməkdaşı Sabina Bağırova məlumat verib.

Onun sözlərinə görə, filmlərdən 2-si “Netflix”, biri isə “Amazon Prime” şirkətinə məxsus olub: “Həmçinin ötən il ərzində Azərbaycanda xarici film şirkətləri tərəfindən 8 reklam/musiqi çarxı, 2 televiziya verilişi çəkilib”.

Sabina Bağırova qeyd edib ki, 2023-2024-cü illərdə Azərbaycana xarici film şirkətləri tərəfindən 10 milyon dollar investisiya yatırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR