Bank Of Baku

QHT-lər üçün “Qış məktəbi” təşkil olunacaq

QHT-lər üçün “Qış məktəbi” təşkil olunacaq
# 10 dekabr 2024 14:41 (UTC +04:00)

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 13-15 dekabrda Şamaxı şəhərində mədəniyyət və yaradıcı sənayelər (MYS) sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları və fiziki şəxslər üçün “Qış məktəbi” keçiriləcəkdir.

Nazirlikdən APA-ya verilən xəbərə görə, “Qış məktəbi” MYS sahəsində məlumatlılıq səviyyəsinin artırılması, effektiv layihə idarəedilməsi və strategiya qurma bacarıqlarının inkişaf etdirilməsi məqsədilə keçirilir. İştirakçılar “Qış məktəbi”ndə MYS-nin prioritet istiqamətləri, eləcə də mədəniyyət siyasəti ilə bağlı biliklər əldə edəcək, MYS sahəsində şəbəkələşmə imkanı qazanacaqlar.

İştirak qeydiyyat vasitəsilə mümkündür. Qeydiyyat 11 dekabr saat 23.59-a qədər aktiv olacaq. Qeydiyyat üçün bu linkə daxil olmaq mümkündür.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR