Bank Of Baku

Rasim Balayevin yerinə sədr seçilməsi ilə bağlı AKİ-nin qurultayının vaxtı məlum olub

Xalq artisti Rasim Balayev

© APA | Xalq artisti Rasim Balayev

# 08 aprel 2026 12:17 (UTC +04:00)

Aprel ayının sonunda Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) İdarə Heyətinin iclası keçiriləcək.

Bu barədə APA-nın sorğusuna cavab olaraq AKİ-dən bildirilib.

Qeyd edilib ki, iclasın gündəliyində sədr seçilməsi ilə bağlı qurultayın keçirilmə tarixinin müəyyənləşdirilməsi məsələsi yer alacaq.

“Təxmin edirik ki, qurultay may ayının ortalarında - ayın 10-u ilə 17-si arasında keçiriləcək. Dəqiq tarixə isə İdarə Heyəti qərar verəcək.

Bu, Nizamnamənin tələbidir. Sədr yalnız qurultayda seçilməlidir. Qurultay isə ən geci ayın 17-də keçirilməlidir, onun gecikdirilməsi təşkilat üçün böyük zərbə olar", - AKİ-dən bildirilib.

Qeyd edək ki, mərhum Xalq artisti Rasim Balayev 2024-cü ildə AKİ-nin sədri seçilib.

Xatırladaq ki, Rasim Balayev martın 29-u İstanbulda müalicə aldığı “Memorial” klinikada vəfat edib. Xalq artistinin cənazəsi martın 30-da Bakıya gətirilib. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Rasim Balayevlə vida mərasimi keçirilib və o, I Fəxri xiyabanda dəfn edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR