Mən istərdim, gənc nəslə müraciət edim, bəsdirin, öz millətinizin çirkli paltarında çabaladınız.
APA xəbər verir ki, bunu “Azərbaycan Kinosu - 125: Reallıq, Çağırışlar və Hədəflər” mövzusunda Kino forumunda bunu kinorejissor Yavər Rzayev deyib.
"Əgər gücünüz varsa, başqa mədəniyyətləri qavrayın və öz sözünüzü deyin", - o, çıxışı zamanı qeyd edib.
Onun sözlərinə görə, kino tarixi müəllif filmləri ilə yazılıb: "Müəllif filmi ona görə vacibdir ki, burada rejissor kino, musiqi, ədəbiyyat, aktyor sənətini özündə cəmləşdirir".