Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktyoru Aleksey Saprıkin vəfat edib.
APA-nın xəbərinə görə, bu barədə teatrın “Facebook” səhifəsində bildirilib.
Qeyd edək ki, A. Saprıkin 1955-ci ildə Bakıda anadan olub. 1991-ci ildən Bakı Kamera Teatrında, 2002-2008-ci illərdə - Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aktyor kimi çalışıb. 2008-ci ildən Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktyoru olub.
A.Saprıkin "Cavad xan", "Biz qayıdacağıq", "Qafqaz", "Cavidin həyatı", "Qraf Krestovski" və digər filmlərdə rol alıb.
Allah rəhmət eləsin!