Şahzadə Harrinin “Ehtiyat” adlı kitabının Rusiyadakı nəşri maneələrlə qarşılaşıb.
APA “The Village”yə istinadən xəbər verir ki, buna səbəb kitabı nəşr edən “Penguin Random House” nəşriyyatının Ukraynadakı müharibə ilə əlaqədar Rusiyada fəaliyyətini dayandırmasıdır.
Lakin Rusiyanın “Eksmo-AST” nəşriyyatı rus oxucuların marağını nəzərə alaraq, müəllif hüquqlarını pozmamaq məqsədilə kitabı üçüncü şəxsin dilindən – parafraz formasında nəşr eləməyə qərar verib.