Bank Of Baku

“Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı – 2023” açılış mərasimində süni intellekt sənətçisi təqdim edilib - VİDEO

“Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı – 2023” açılış mərasimində süni intellekt sənətçisi təqdim edilib - VİDEO
# 14 may 2023 12:42 (UTC +04:00)

“Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı – 2023” ilinin rəsmi açılış mərasimində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və TÜRKSOY-un birgə təşkilatçılığı ilə gerçəkləşən tədbirdə ilk dəfə olaraq süni intellekt sənətçisi də təqdim edilib.

Bu barədə APA-ya Mədəniyyət Nazirliyindən bildirilib.

Süni intellekt sənətçisi mərasimdə Azərbaycanın qədim söz-sənət beşiyinin tarixi, görkəmli şəxsiyyətləri haqqında məlumat verib.

Xatırladaq ki, “Mezo” rəqəmsal incəsənət qrupunun ilk süni intellektli rəssamı II İstanbul Rəqəmsal İncəsənət Festivalında (2022) təqdim edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR