Tahir Salahovun qəbirüstü abidəsinin hazır olacağı tarix açıqlanıb - FOTO

Tahir Salahovun qəbirüstü abidəsinin hazır olacağı tarix açıqlanıb - FOTO
# 13 may 2025 12:06 (UTC +04:00)

Xalq rəssamı Tahir Salahovun qəbirüstü abidəsinin ad günü ərəfəsində hazır olması planlaşdırılır.

Bunu APA-ya açıqlamasında Xalq rəssamının qızı rəssam Aydan Salahova bildirib.

O qeyd edib ki, abidənin hazırlanması üzərində işlər gedir: “Abidədə atamın üç hissədən ibarət “Odlar yurdu” əsərindən istifadə olunacaq. Bu hissələr Türkiyədə düzəldilir. Ümid edirəm ki, həmin hissələr tezliklə göndəriləcək və Tahir Salahovun məzarüstü abidəsi 29 noyabr ad gününə hazır olacaq”.
Aydan Salahova vurğulayıb ki, qəbirüstü abidənin müəllifi bacısı Alagöz Salahovadır.

Xatırladaq ki, Tahir Salahov 2021-ci il mayın 21-də vəfat edib, Fəxri xiyabanda dəfn olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR