Bank Of Baku

Tahir Salahovun qızı rəssam Alagöz Salahova vəfat edib

Tahir Salahovun qızı rəssam Alagöz Salahova vəfat edib
# 20 sentyabr 2023 09:26 (UTC +04:00)

Xalq rəssamı Tahir Salahovun qızı rəssam Alagöz Salahova vəfat edib.

Bu barədə APA-ya onun bacısı Aydan Salahova bildirib.

O qeyd edib ki, rəssam dünən gecə saatlarında Bakıda vəfat edib.

Alagöz Salahovanın dəfn mərasimi sabah olacaq.

Alagöz Salahova 19 iyun 1953-cü ildə Moskvada anadan olub.

O, rəssamlıqla yanaşı bır sıra filmlərdə – “Dantenin yubileyi”, “Özgə ömür”, “Bağlı qapı” – aktrisa kimi də çıxış edib.

Alagöz Salahova həmçinin atası Xalq rəssamı Tahir Salahovun qəbirüstü abidəsinin də ideya müəllifi idi. Abidənin gələn ilin əvvəllərində təhvil veriləcəyi gözlənilirdi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR