Tanınmış türkiyəli teatr rejissoru, aktyor, yazıçı Haldun Dormen vəfat edib.
APA xəbər verir ki, bu barədə "Hürriyyət" qəzeti aktyorun oğluna istinadən məlumat verib.
Onun müalicə aldığı xəstəxanada vəfat etdiyi bildirilib.
Qeyd edək ki, Haldun Dormen orta məktəb təhsilini Qalatasaray liseyində başa vuraraq təhsilini Robert Kollecində davam etdirib.
Teatr təhsilini Amerika Birləşmiş Ştatlarında nüfuzlu Yel Universitetində magistr dərəcəsi ilə tamamlayan Dormen, iki il ərzində ABŞ-da müxtəlif teatrlarda aktyor və rejissor kimi fəaliyyət göstərib.
O, Hollivudda “Pasadena Playhouse”da dörd tamaşada çıxış edib.
Haldun dormen uzun illər teatr sahəsində aktyor, rejissor kimi fəaliyyət göstərib.