Bank Of Baku

Teatrların kommunal xərclərdən azad olunması təklif edilib

Teatrların kommunal xərclərdən azad olunması təklif edilib
# 11 aprel 2023 11:59 (UTC +04:00)

Teatrların kommunal xərclərdən azad olunması təklif edilib.

APA xəbər verir ki, bu təklifi Teatrşünas, Əməkdar incəsənət xadimi İlham Rəhimli “Azərbaycan teatrı – 150: inkişaf perspektivləri” mövzusunda keçirilən Teatr Forumunda çıxışı zamanı deyib.

"Əvvəlki vaxtlarda Mədəniyyət Nazirliyinə gedəndə elə bil gömrükdən keçirdik. Amma indi vəziyyət dəyişib. Buna görə Adil Kərimliyə təşəkkür edirəm", - o bildirib.

Teatrşünas teatrların kommunal ödənişlərdən azad olunmasını da təklif edib.

O, özəl müəssisələrdə adicə mühafizəçilərin Xalq artistlərindən iki-üç artıq maaş aldığını, bunun yolverilməz olduğunu vurğulayıb. Teatrşünas nazir müavini Adil Kərimlidən teatr jurnalının təsis edilməsini, həmçinin yüksək qonorar verilməsini də xahiş edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR