Bank Of Baku

Toto Kutunyo dəfn edilib - FOTO - VİDEO

Toto Kutunyo dəfn edilib - FOTO  - VİDEO
# 24 avqust 2023 15:55 (UTC +04:00)

Dünya şöhrətli italiyalı müğənni Toto Kutunyo bu gün dəfn edilib.

APA xəbər verir ki, bu barədə ANSA agentliyi məlumat yayıb.

Dəfn mərasimində iştirak edənlər ifaçını son mənzilə alqışlarla və onun ən məşhur mahnısı “l'Italiano” ilə yola salıblar.

Xatırladaq ki, İtaliya estradasının ulduzu, müğənni-bəstəkar Toto Kutunyo 22 avqust tarixində 80 yaşında Milandakı San-Raffaelle klinikasında vəfat edib.

Uzun sürən xəstəlikdən sonra Kutunyonun səhhətində son aylar daha da pisləşmə müşahidə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR