Bank Of Baku

TÜRKSOY-un Baş katibi: "Can Azərbaycan torpağı müasirliyin gözəl mərkəzidir" - FOTO

TÜRKSOY-un Baş katibi: "Can Azərbaycan torpağı müasirliyin gözəl mərkəzidir" - FOTO
# 11 oktyabr 2023 20:02 (UTC +04:00)

"Can Azərbaycan torpağı müasirliyin gözəl mərkəzidir"

APA xəbər verir ki, bunu TÜRKSOY-un Baş katibi Sultan Raev III "Korkut Ata" Türk Dünyası Film Festivalının mükafatlandırma mərasimindəki çıxışında deyib.

"Festival ilk dəfə Türkiyədən kənarda məhz bu il təşkil edilib. Burada 4 gün ərzində bizə göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə təşəkkürlərimi ifadə edirəm. Həmçinin bu günlər ərzində Azərbaycan xalqına qonaqpərvərliyinə görə minnətdaram", - o əlavə edib.

Sultan Raev kino sahəsinin on illər sonra da türk dünyası və xalqlarını bir araya gətircəyini bildirib: "Biz buna səmimi qəlbdən inanırıq".

Baş katib çıxışının sonunda azərbaycanlı şair Səlim Babullaoğlunun "Azərbaycan" şeirindən bir hissəsini səsləndirib.

Sultan Raevin çıxışından sonra festivalin ənənəvi mükafatı olan TÜRKSOY-un xüsusi mükafatı təqdim edilib.

Builki mükafata azərbaycanlı aktyor, Xalq artisti Fəxrəddin Manafov layiq görülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR