Bu gün Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkil etdiyi, “BP Azerbaijan” şirkətinin baş sponsorluğu ilə keçirilən Uşaq İncəsənət Festivalının ikinci mərhələsi başlayır.
Mədəniyyət Nazirliyindən APA-ya verilən xəbərə görə, regional mərhələ Azərbaycanın 14 iqtisadi-coğrafi rayonunun 14 şəhəri üzrə 26 məntəqədə keçiriləcək.
Birinci mərhələdə iştirak edən şəxslər ikinci mərhələyə keçmələri, o cümlədən festivalda iştirakın müəyyən edilən vaxtı və məkanı haqqında məlumatları www.uif.az rəsmi internet portalından əldə edə bilərlər.
Bunun üçün www.uif.az saytına daxil olub “II mərhələ” bölməsinə keçid edərək iştirakçının qeydiyyat kodunu və ya FİN nömrəsini yazmaq lazımdır.
İştirakçıların festival məkanına gələrkən şəxsiyyəti təsdiq edən sənədi və iştirak məlumatlarının çap olunmuş formatını özləri ilə gətirmələri xahiş olunub.