Bank Of Baku

Xalça Muzeyinə Qarabağda toxunan nadir xalça hədiyyə olunub - FOTO

Xalça Muzeyinə Qarabağda toxunan nadir xalça hədiyyə olunub - FOTO
# 17 avqust 2024 09:45 (UTC +04:00)

Azərbaycan Milli Xalça Muzeyinə XIX əsrə aid “Açma-yumma” xalçası hədiyyə olunub.

APA xəbər verir ki, Almaniyanın Berlin şəhərində yaşayan kolleksiyaçı Hocat Abasi muzeyə 1825-ci ildə Şuşada toxunan Qarabağın “Açma-yumma” xalçasını hədiyyə edib. O, vətənindən ayrı düşən bu nəfis əsərin yaxın zamanda öz doğma yurduna qayıdacağını, muzeyin Şuşa filialında sərgilənəcəyini düşündükcə xoşbəxtlik hissi yaşadığını bildirib.

Xalçanın ara sahəsi və haşiyələri həndəsi və nəbati naxışlar, stilizə olunmuş insan və heyvan təsvirləri ilə bəzədilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR