Bank Of Baku

Xalq artisti Elmira Rəhimova xəstəxanaya yerləşdirilib

Xalq artisti Elmira Rəhimova

© APA | Xalq artisti Elmira Rəhimova

# 31 oktyabr 2025 17:30 (UTC +04:00)

Xalq artisti Elmira Rəhimova xəstəxanaya yerləşdirilib.

Bu barədə APA-ya xalq artistinin oğlu məlumat verib.

O deyib ki, Elmira Rəhimova hazırda Bakı Sağlamlıq Mərkəzində müalicə olunur.

"Anamın səhhətində bəzi problemlər yarandı və onu xəstəxanaya aparmaq qərarına gəldik. Təzyiq, şəkər və digər problemlər var", - o qeyd edib.

Xəstəxanadan bildirilib ki, 84 yaşlı Elmira Rəhimovaya Mərkəzin terapiya şöbəsində nevroloq, endokrinoloq konsultasiyasi olunaraq, müvafiq müalicə üsulu təyin edilib: "Mərkəzimizin peşakar komandası tərəfindən stasionar şəraitdə müalicəsi aparılan pasiyentimizin vəziyyəti hal-hazırda yaxşıdır və yaxın günlərdə evə buraxılacaq".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR