Bank Of Baku

Xalq artisti Ənvər Həsənovun səhhəti yaxşılaşır

Xalq artisti Ənvər Həsənov

© APA | Xalq artisti Ənvər Həsənov

# 03 iyul 2023 14:15 (UTC +04:00)

Xalq artisti Ənvər Həsənovun səhhətində irəliləyiş var.

Bu barədə APA-ya aktyorun qızı Aytən Həsənova məlumat verib.

“Şükür, əvvəlki vaxtlara baxanda irəliləyiş hiss olunur. İndi bir az ayaqlarında ağrı və yuxu problemi var. Amma ümumi səhhətində yaxşılaşma hiss olunur”, - o əlavə edib.

Xatırladaq ki, Xalq artisti Ənvər Həsənov ötən il səhhətində yaranan problem səbəbindən xəstəxanaya yerləşdirilmiş, bir müddət müalicədən aldıqdan sonra öz istəyi ilə evə buraxılmışdı.

Həmçinin Mədəniyyət Nazirliyi APA-ya aktyorun səhhəti ilə bağlı problemi nəzarətə götürdüyü barədə məlumat vermişdi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR