Bank Of Baku

Xalq artisti Ramiz Quliyevin vəziyyəti nisbətən yaxşılaşıb

Xalq artisti Ramiz Quliyevin vəziyyəti nisbətən yaxşılaşıb
# 07 oktyabr 2025 12:56 (UTC +04:00)

"Xalq artisti Ramiz Quliyevin vəziyyəti ötən günlərlə müqayisədə nisbətən yaxşıdır".

Bu barədə APA-ya onun oğlu, Əməkdar artist Əyyub Quliyev məlumat verib.

Onun sözlərinə görə, atasının huşu bərpa olub, müalicəsi Mərkəzi Gömrük Hospitalında davam edir.

“Xəstəxanaya yerləşdiriləndə huşu özündə deyildi, artıq yavaş-yavaş bərpa olur. Səhhətində müsbət dinamika müşahidə edilir”, – deyə Əyyub Quliyev bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Xalq artisti Ramiz Quliyev Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə yerləşdirilib. Xəstaxanadan bildirilib ki, o, hemodializ alır, spontan tənəffüsdədir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR