Bank Of Baku

“Azərxalça” Tovuz, Qazax, Ağstafa rayonlarındakı toxucularla görüş keçirib

“Azərxalça” Tovuz, Qazax, Ağstafa rayonlarındakı toxucularla görüş keçirib
# 06 dekabr 2016 08:16 (UTC +04:00)

“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə heyətinin sədri Vidadi Muradov Tovuz, Qazax, Ağstafa rayonlarında təşkil olunan tədris-hazırlıq kurslarının toxucuları ilə görüşlər keçirib. Qurumun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşlərdə sözügedən rayonlarda xalçaçılığın müasir vəziyyəti, problemləri, onların aradan qaldırılması yolları, həmçinin bu sənətin daha kütləvi şəkildə davam etdirilməsi imkanları müzakirə olunub.

 

İndiyədək Tovuz rayonundan 90, Qazax rayonundan 118,  Ağstafa rayonundan isə 141 nəfər toxucu tədris hazırlıq kurslarına cəlb edilib. Tovuzun Bozalqanlı, Əlimərdanlı, Aşağı Quşçu, Cırdaxan, Cəlilli, Qaraxanlı, Xatınlı, Dondar-Quşçu, Düzqırıqlı, Kirən, Qazax rayonun Canallı, Daş Salahlı, Çaylı, Qazaxbəyli, Ağköynək, Kommuna, Ağstafa rayonunun Səməd Vurğun qəsəbəsi də daxil olmaqla, Qırılı, Poylu, Yenigün, Aşağı Göycəli, Xətai, Dağ Kəsəmən, Qıraq Kəsəmən kəndlərindən olan toxucuların sayı daha çoxdur.

 

Mətbuat xidmətindən bildirilib ki, onların arasında peşəkar xalça ustaları ilə yanaşı, sənətə yeni başlayan gənclərin də sayı kifayət qədərdir. Hanalarla, müvafiq alətlərlə, həmçinin xammalla təchiz olunan dərnəklərdə xalçaçılığı öyrənmək üçün hər cür şərait yaradılıb, kurslar xalçaçılığa dair əyani materiallarla, dərslik və ədəbiyyatlarla təchiz edilib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR