Bank Of Baku

“İçəri Şəhər” filmi Hindistanda nümayiş olunub

“İçəri Şəhər” filmi Hindistanda nümayiş olunub
# 19 dekabr 2016 08:26 (UTC +04:00)

Hindistanın 21-ci Kerala Beynəlxalq Film Festivalının “Dünya kinosu” proqramında “İçəri Şəhər” bədii filminin nümayişi olub.

 

C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından APA-ya verilən məlumata görə, film Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb. Psixoloji dram janrında çəkilən filmin ideya müəllifi Təhminə Rafaella, ssenari müəllifləri Təhminə Rafaella və İlqar Safat, quruluşçu rejissoru İlqar Safat, quruluşçu operatoru Luka Koassin, quruluşçu rəssamı Bütünay Haqverdiyev, icraçı prodüseri Ülvi Qasımov, prodüseri Müşfiq Hətəmovdur.

 

Filmdə baş rolları Təhminə Rafaella, Firdovsi Atakişiyev, Mehriban Zəki, Elmira Şabanova və digərləri canlandırırlar.

 

“İçəri Şəhər” filmi Misirin 38-ci Qahirə Beynəlxalq Film Festivalı, 47-ci Hindistan Beynəlxalq Film Festivalı (Qoa) və 20-ci Tallin “Qaranlıq gecələr” Film Festivalında da nümayiş olunub. Təhminə Rafaella filmdəki ifasına görə Türkiyənin 5-ci “Van gölü” Beynəlxalq Film Festivalının “Ən yaxşı aktrisa” mükafatına layiq görülüb. 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR