Bank Of Baku

“İçərişəhər” və “Qırmızı bağ” filmləri Qahirə Film Festivalına dəvət alıb

“İçərişəhər” və “Qırmızı bağ” filmləri Qahirə Film Festivalına dəvət alıb
# 17 oktyabr 2016 09:13 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. “İçərişəhər” və “Qırmızı bağ” bədii filmləri 35-ci Qahirə Beynəlxalq Film Festivalına (Cairo International Film Festival) dəvət alıb.

 

C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından APA-ya verilən məlumata görə, hər iki film festivalın “Panorama” proqramında nümayiş etdiriləcək. Festival noyabrın 15-dən 24-dək Misirin paytaxtı Qahirədə keçiriləcək. Ekran əsərləri Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə lentə alınıb.

 

“İçərişəhər” filminin ideya müəllifi Təhminə Rafaella, ssenari müəllifləri Təhminə Rafaella və İlqar Safat, quruluşçu operatoru Luka Koassin, quruluşçu rəssamı Bütünay Haqverdiyev, icraçı prodüseri Ülvi Qasımov, prodüseri Müşfiq Hətəmovdur. Baş rolları Təhminə Rafaella, Firdovsi Atakişiyev, Mehriban Zəki, Elmira Şabanova və digərləri canlandırırlar.

 

“Qırmızı bağ” filminin ssenari müəllifi Mirbala Səlimli, quruluşçu operatoru Maksim Drozdov, quruluşçu rəssamı Leonid Karpov, bəstəkarı Salman Qəmbərov, icraçı prodüserləri Tofiq Musayev, Timur Cəfərov, Nazim Hüseynov, prodüserləri Müşfiq Hətəmov (Azərbaycanfilm) və Timur Vaynşteyndir (WeiT Media). Baş rolları Maqsud Məmmədov, Gülzar Qurbanova, Taleh Bədiyev və digərləri canlandırırlar. “Qırmızı bağ” filminin beynəlxalq premyerası 12-ci Avrasiya Beynəlxalq Film Festivalında keçirilib. Film Almaniyanın 65-ci Mannheym-Heidelberg Beynəlxalq Film Festivalının müsabiqə proqramına və Bakıda keçirilən 7-ci Avropa Film Festivalına dəvət alıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR