Bank Of Baku

“Koroğlu” operasının DVD diskinin təqdimatı keçirilib

“Koroğlu” operasının DVD diskinin təqdimatı keçirilib
# 26 aprel 2016 11:40 (UTC +04:00)

Bakı - APA. Azərbaycanın dünya şöhrətli bəstəkarı Üzeyir Hacıbəylinin “Koroğlu” operasının DVD diskinin təqdimat mərasimi keçirilib.

 

APA-nın məlumatına görə, DVD əməkdar artist Ramil Qasımovun Koroğlu obrazını ifa etdiyi opera əsasında hazırlanıb.

 

Gecədə bəstəkar Arif Məlikov, Üzeyir Hacıbəylinin Ev Muzeyinin direktoru Sərdar Fərəcov, xalq artisti İlham Namiq Kamal, əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının rəhbəri Akif Məlikov, eyni zamanda tanınmış ictimai xadimlər, sahibkarlar, dövlət və hökumət nümayəndələri iştirak ediblər.

 

Təqdimatdan sonra Ramil Qasımov Azərbaycan Televiziyası və Radiosunun Niyazi adına Simfonik Orkestri və Cahangir Cahangirov adına xorun müşayiəti ilə (dirijorlar əməkdar incəsənət  xadimi Nazim Hacəlibəyov və Şəhla Ələkbərova) konsert proqramı ilə çıxış edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR