Bank Of Baku

“Turan” teleteatrı Türkiyədə keçirilən beynəlxalq festivalda mükafat alıb

“Turan” teleteatrı Türkiyədə keçirilən beynəlxalq festivalda mükafat alıb
# 27 noyabr 2016 21:46 (UTC +04:00)

Türkiyənin Mersin şəhərində keçirilən II beynəlxalq teatr festivalında Azərbaycanın  “Turan” teleteatrı mükafata layiq görülüb.

 

APA-nın məlumatına görə, teleteatr festivalda dramaturq Firuz Mustafanın “Müqəvva” tamaşasını nümayiş etdirib.

 

Rejissor Elçin İmanovun quruluş verdiyi tamaşada baş rolu Kamalə Kamal Nəbibəyova oynayıb. Tamaşa Türkiyədə ilk dəfə avqustda İstanbulun Şişli rayonunda yerləşən Kamera teatrında nümayiş etdirilib.

 

Mersin festivalının başa çatmasından sonra APA-ya açıqlama verən aktrisa Kamalə Kamal Nəbibəyova deyib :”Müqəvva” tamaşası Türkiyədə iştirak edəcəyimiz bütün mədəniyyət tədbirlərində repertuarımızda olacaq. Azərbaycan dramaturgiyasının şah əsərlərini Türkiyədə səhnəyə qoymaq fikrimiz var. Hazırda Aygün Həsənoğlunun “Adsız qadın” pyesinin məşqlərinə başlamışıq. Bu yolda irəliləməyə və Azərbaycan dramaturgiyasını Türkiyədə və dünyada tanıtmağa davam edəcəyik”.

 

Qeyd edək ki, “Turan” teleteatrının öz tamaşalarını hazırlamasına və Türkiyədəki mədəniyyət tədbirlərində nümayiş etdirməsinə İstanbulun Kadıköy səmtində yerləşən Azərbaycan Kültür Evi də dəstək verir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR