Bank Of Baku

"Həddən artıq uyğunluq” filminin təqdimatı keçirilib

"Həddən artıq uyğunluq” filminin təqdimatı keçirilib
# 16 dekabr 2016 08:09 (UTC +04:00)

Nizami Kino Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınmış “Həddən artıq uyğunluq” bədii filminin təqdimatı keçirilib.

 

APA-nın məlumatına görə, təqdimat mərasimində çıxış edən “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov kinostudiya tərəfindən müxtəlif janrlarda və mövzularda filmlər çəkildiyini vurğulayıb. Son dövrlər çəkilən filmlərdən danışan direktor bildirib ki, artıq gənc nəsil arasından istedadlı, yaradıcı kino heyəti yetişməkdədir. Bir il ərzində müstəqil olaraq 19 filmin çəkildiyini söyləyən M. Hətəmov kinostudiyanın 10-dan artıq filmə dəstək verdiyini vurğulayıb.

 

Çəkilişləri ABŞ-da və Azərbaycanda aparılan filmin rejissoru Ülviyyə Könül, ssenari müəllifləri Ramiz Fətəliyev və Aleksandr Mərdan, quruluşçu operatoru Nadir Mehdiyev, quruluşçu rəssamı Rafiq Nəsirov, icraçı prodüseri Tofiq Musayev, prodüseri Müşfiq Hətəmovdur.

 

Romantik komediya janrlı filmdə baş rolları xalq artisti Afaq Bəşirqızı, aktyorlar Tural Əsədov, Aydan Axundova, Kamran Ağabalayev, Azərbaycan əsilli ABŞ aktrisası Yevgeniya Orucova və digərləri canlandırırlar. 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR