Bank Of Baku

Akademik Milli Dram Teatrında “Müfəttiş” tamaşasının premyerası keçirilib

Akademik Milli Dram Teatrında “Müfəttiş” tamaşasının premyerası keçirilib
# 02 iyul 2016 10:28 (UTC +04:00)

Bakı-APA. Akademik Milli Dram Teatrında “Müfəttiş” tamaşasının premyerası keçirilib. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, N.V.Qoqolun eyniadlı pyesi əsasında, Sabit Rəhmanın tərcüməsində hazırlanan iki hissəli səhnə əsərinin quruluşçu rejissoru Mikayıl Mikayılov, quruluşçu rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, musiqi tərtibatçısı Kamil İsmayılovdur.

 

Tamaşa Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanıb.

 

Səhnə əsərində xalq artistləri Rafael Dadaşov (Anton Antonoviç Skvoznik Dmuxanovski), Rafiq Əzimov (Osip), əməkdar artistlər Elşən Cəbrayılov (İvan Aleksandroviç Xlestakov), Nigar Güləhmədova (Anna Andreyevna), Kazım Həsənquliyev (Artemi Filippoviç Zemlyanika), Elxan Quliyev (İvan Kuzmiç Şpekin), Aslan Şirin (Pyotr İvanoviç Dobçinski), Firuz Xudaverdiyev (Xristian İvanoviç Qibner), aktyorlar Rövşən Kərimduxt (Ammos Fyodoroviç Lyapkin-Tyapkin), İlahə Həsənova (Marya Antonovna), Rəşad Bəxtiyarov (Luka Lukiç Xlopov), Ramin Şıxəliyev (Pyotr İvanoviç Bobçinski) və Elgün Həmidov (Svistunov, meyxana xidmətçisi, Mişka, Şeytan) çıxış edib.

 

Qeyd edək ki, M.Mikayılov Akademik Milli Dram Teatrında “Xanuma”, “Şah və şair, “İlahi oyun” tamaşalarına quruluş verib.   

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR