Bank Of Baku

Aktyor Məmmədağa Dadaşovun 100 illik yubileyi qeyd olunub

Aktyor Məmmədağa Dadaşovun 100 illik yubileyi qeyd olunub
# 21 noyabr 2012 12:17 (UTC +04:00)

Bakı. Ülkər Rəşidqızı – APA. Mədəniyyət və Turizm Nazirliyinin müvafiq əmri ilə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında görkəmli sənətkar, teatr və kino aktyoru Məmmədağa Dadaşovun anadan olmasının 100 illik yubileyinə həsr olunmuş yubiley gecəsi keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən teatrın direktoru Mübariz Həmidov Məmmədağa Dadaşovun çoxşaxəli yaradıcılığına nəzər salaraq aktyorun Azərbaycanın teatr salnaməsindəki yerindən danışıb: “Bizim missiyamız Məmmədağa Dadaşovun banilərindən biri olduğu, 85 illik qədim və şərəfli tarixə malik Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrını gələcək nəsillərə ötürərək, cismən bizdən ayrı olan bu korifey sənətkarı daim qəlblərdə yaşatmaqdır”.

 

Xalq artisti, Teatr Xadimləri İttifaqının sədri Azər Paşa Nemətov M.Dadaşovun komediya, faciə, nağıl-tamaşalarda yaratdığı müxtəlif xarakterli obrazlar qalereyasının, bir-birindən fərqli ampluaların gənc nəslin aktyorları üçün zəngin məktəb olduğunu diqqətə çatdırıb. Xalq Artisti Yasin Qarayev, Akademik Milli Dram Teatrının aktyoru, əməkdar artist Cəfər Namiq Kamal və başqaları sənətkarla bağlı xatirələrini dilə gətiriblər. Tədbirdə müğənni Təranə Mahmudova, aktrisa Almaz Mustafayeva, Dadaşovlar soyadının davamçısı Dövlət Rus Dram Teatrının aktrisası Həcər Ağayeva mahnılar səsləndirib, Musiqi Komediya Teatrının Yaradıcılıq Studiyasının “Təbəssüm” rəqs qrupu və Dadaşovlar nəslinin daha bir davamçısı İncəsənət Gimnaziyasının müəllimi, rəqqas Tahir Eynullayev rəqslər ifa ediblər.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR