Bakı. Cavid Zeynallı – APA. Əməkdar incəsənət xadimi Aşıq Ədalət Nəsibov əməliyyat olunub. Bu barədə APA-ya məlumatı Aşıq Ədalət özü verib. Onun sözlərinə görə, hazırda səhhətində problem yoxdur, özünü yaxşı hiss edir: “Yırtıq əməliyyatıdır. Həkimlər dedilər, mütləq olunmalısan, yoxsa sağlamlığına təhlükə yaradar. Mən də razılaşdım. İndi hər şey qaydasındadır, qorxulu heç nə yoxdur”.
Ə. Nəsibov əlavə edib ki, martın 19-da xəstəxanada evə buraxılacaq.