Bank Of Baku

Aşıq Ədalət Qazaxda dəfn olunub

Aşıq Ədalət Qazaxda dəfn olunub
# 15 sentyabr 2017 12:16 (UTC +04:00)

Aşıq Ədalət Nəsibov dəfn olunub. Qazaxda yaşayan gənc şair Taleh Mansurun APA-ya verdiyi məlumata görə, Mədəniyyət Evində keçirilən vida mərasimindən sonra aşığın cənazəsi Ağköynək kənd qəbiristanlığına gətirilib və torpağa tapşırılıb.

 

Dəfn mərasimində Azərbaycan Aşıqlar Birliyinin rəhbərliyi, ictimaiyyət nümayəndələri, görkəmli aşığın ailə üzvləri iştirak edib.

 

Qeyd edək ki, Ədalət Nəsibov sentyabrın 14-də 78 yaşında dünyasını dəyişib.

 

Ədalət Məhəmmədəli oğlu Nəsibov 1939-cu il yanvar ayının 27-də Qazax rayonunda anadan olub. Azərbaycan mədəniyyətini, aşıq sənətini dünyanın bir çox ölkələrində təmsil edib. UNESCO tərəfindən onun ifaları ayrıca lentə alınıb.

 

Ədalət Nəsibovun aşıq yaradıcılığı sahəsindəki xidmətləri dövlət tərəfindən qiymətləndirilib. O, “Əməkdar İncəsənət Xadimi” fəxri adına və Azərbaycan prezidentinin fərdi təqaüdünə layiq görülüb, haqqında kitablar yazılıb, filmlər çəkilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR