İyulun 7-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında klassik musiqi gecəsi keçiriləcək.
APA-nın məlumatına görə, konsertdə əməkdar incəsənət xadimi, dirijor Elşad Bağırov və əməkdar artist Fuad İbrahimovun rəhbərliyi ilə S. Raxmaninovun əsərləri səslənəcək.
Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə təqdim olunacaq əsərlər Fərhad Bədəlbəyli, Yeganə Axundova və Murad Adıgözəlzadənin ifasında səslənəcək.
Konsert Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə baş tutacaq.