Azərbaycan Dövlət Musiqili Teatrı Tehranda çıxış edib.
Qurumun mətbuat katibi Samir Sədaqətoğlunun APA-ya verdiyi məlumata görə, İranda keçirilən Azərbaycan Mədəniyyət Günlərinin nümayəndə heyətinə daxil edilən Musiqili Teatrın kollektivi Tehranın “Hünər” Sarayında Üzeyir Hacıbəylinin “Ər və arvad” tamaşasını nümayiş etdirilib.
Səhnə əsərinin quruluşçu rejissoru Yusif Əkbərov, quruluşçu dirijoru əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, dirijoru əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı əməkdar rəssam Eldar Qurbanov, quruluşçu baletmeysterləri əməkdar artist Zakir Ağayev və Yelena Ağayeva, xormeysteri əməkdar artist Vaqif Məstanovdur.
Tamaşada rolları əməkdar artistlər Ələkbər Əliyev, Nahidə Orucova, Əkbər Əlizadə, aktyorlar Gülcahan Salamova, Möylə Mirzəliyev, Rəsmiyyə Nurməmmədova, Ağaxan Şərifov, Hüseyn Əlili və Əliməmməd Novruzov ifa ediblər.