Bank Of Baku

Azərbaycanlı gənc musiqiçilər Budapeştdə mükafat qazanıblar

Azərbaycanlı gənc musiqiçilər Budapeştdə mükafat qazanıblar
# 14 noyabr 2012 10:24 (UTC +04:00)

 

Bakı. Ülkər Rəşidqızı - APA. Azərbaycanın gənc musiqiçiləri Macarıstanın Budapeşt şəhərində keçirilmiş iki müsabiqədə - «Budapeştin ulduzları - gənclik, ilham, istedad» adlı XI Beynəlxalq Uşaq və Gənclər Yaradıcılıq Festival-Müsabiqəsində və «Macar oyunları» XIV Beynəlxalq Festival-Müsabiqəsində qalib gəliblər.

 

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müsabiqədə Bakı şəhəri R.Hacıyev adına 15 nömrəli Onbirillik Musiqi Məktəbinin fortepiano ixtisası üzrə müəllimi, əməkdar müəllim Tamilla Məmmədovanın şagirdləri - Prezident təqaüdçüsü Kamil Həsənov, Jalə Mailova, Emil Əhmədzadə, Rahib İsgəndərov, Nərmin Əliyeva və Nəzrin Nəzirli iştirak ediblər.

 

Azərbaycan, Almaniya, Böyük Britaniya, Macarıstan, Rusiya, Ukrayna və Yaponiyadan istedadlı uşaqların qatıldığı «Budapeştin ulduzları - gənclik, ilham, istedad» Festival-Müsabiqəsində şagirdlərimiz müxtəlif nominasiyalar və yaş kateqoriyası üzrə 8 birinci, 2 ikinci, 6 üçüncü yerin mükafatlarını qazanıblar.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR