Bank Of Baku

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi Müslüm Maqomayevin xatirə konsertini keçirib

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi Müslüm Maqomayevin xatirə konsertini keçirib
# 24 may 2017 14:20 (UTC +04:00)

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə görkəmli opera və estrada müğənnisi, bəstəkar, SSRİ və Azərbaycanın xalq artisti Müslüm Maqomayevin 75 illik yubileyinə həsr olunmuş konsert keçirilib.

 

İdarənin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, M. Maqomayevin adını daşıyan Bakı şəhər 26 nömrəli onbirillik musiqi məktəbinin istedadlı şagirdləri və müəllim kollektivi rəngarəng musiqi proqramı ilə çıxış edib. 

 

Azərbaycan Dövlət Filarmoniyasında baş tutan konsertə Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi Vuqar Zeynalov, Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Yaşar Əliyev, Bakı şəhər uşaq musiqi və incəsənət məktəblərinin direktorları və çoxsaylı müslümsevərlər qatılıblar. 

 

Konsertdə M.Maqomayevin həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş etdirilib, proqramda onun repertuarında yer alan bütün janrlardan olan əsərlər təqdim olunub.

 

Məktəbin Respublika müsabiqələri laureatı və diplomantı olan xor kollektivi, skripkaçılardan ibarət "Fantaziya" qrupu, gənc solistlər Aslan Əliyev, Zeynəb Quluzadə, Mehriban Əliyeva, Səma Həmzəyeva, Xəyal Əhməd, Mehriban Ağabəyli, Fikrət Əliyev, Ərəstun Quliyev və İlyas  Abbaslı M.Maqomayevin mahnılarını ifa ediblər. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR